MƏDƏNİYYƏT
Azərbaycan cazmenləri Stokholmda konsert proqramı ilə çıxış ediblər
Stokholm, 24 may, AZƏRTAC
Azərbaycanın Əməkdar artistləri Rain Sultanov və İsfar Sarabski İsveçin paytaxtına səfərləri çərçivəsində yerli tamaşaçılar qarşısında yeni konsert proqramı ilə çıxış ediblər. Məşhur “Högalid” kilsəsində keçirilən konsertdə tamaşaçılara saksofon, fortepiano və orqan musiqisinin sintezindən ibarət maraqlı kompozisiyalar təqdim edilib.
Ölkəmizin İsveçdəki səfirliyinin dəstəyi ilə Azərbaycan diasporu tərəfindən təşkil edilmiş konsertin məqsədi milli musiqimizin, mədəniyyətimizin və incəsənətimizin burada daha yaxından tanıdılmasıdır.
Azərbaycan musiqiçilərinin kompozisiyaları yerli tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.03.2024 [15:47]
“Ulduz” jurnalının bu il üçün ilk sayı çapdan çıxıb
- 19.03.2024 [14:23]
"Qədim Şabran" abidəsində Novruz şənliyi VİDEO
- 19.03.2024 [13:29]
Məktəblilər Gənclər Kitabxanasının qonağı olublar
- 19.03.2024 [12:08]
Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb
- 19.03.2024 [12:00]
Azərbaycan poeziyası İspaniyada
- 19.03.2024 [00:01]