İDMAN
Azərbaycan çempionatları tarixində ən çox qol vuran futbolçuların siyahısında dəyişiklik olub
Bakı, 1 oktyabr (AZƏRTAC). Azərbaycan çempionatları tarixində ən çox qol vuran futbolçuların siyahısında dəyişiklik olub.
Peşəkar Futbol Liqasından AZƏRTAC-a bildiriblər ki, “Qarabağ”ın futbolçusu Vüqar Nadirov 40-cı yubiley qolunu vurmaqla ilk əlliliyə daxil olub.
Topaz Premyer Liqasının VII turunun “Neftçi” ilə oyununda (3:1) komandasının sonuncu qolunun müəllifi olan 27 yaşlı hücumçu “40”a 4 klubun heyətində çatıb. “Qarabağ”da 26-cı dəfə fərqlənən Vüqar Nadirov bu komanda üçün 9 mövsümdə rəqib qapılarına yol tapıb. Futbolçu “Karvan”da 6, “Xəzər-Lənkəran”da 5, “Masallı”nın heyətində isə 3 qol vurub.
“Neftçi” ilə oyunda daha bir futbolçu – Riçard Almeyda da yubiley qoluna imza atıb. Braziliyalı Azərbaycan çempionatlarında 20-ci dəfə fərqlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]