İDMAN


Azərbaycan çempionu Almaniyanın “Hamburq” komandasına böyük hesabla qalib gəlib

A+ A

Bakı, 28 noyabr, AZƏRTAC 

Xorvatiyada futzal üzrə  UEFA Kubokunun elit raundunun “B” qrupunda son turun oyunları keçirilib. Azərbaycan çempionu “Araz” da son görüşünə çıxıb.

AZƏRTAC xəbər verir ki, Naxçıvan klubu Almaniyanın "Hamburq" komandası ilə qarşılaşıb. Təmsilçimiz son oyununda 5:1 hesablı qələbə qazanıb.

“Araz” qrupdakı ilk iki oyununda Xorvatiya “Nasional”ına 1:2, Rusiya "Yuqra"sına 0:4 hesabı ilə uduzub. Komandamız “Dördlər finalı”na vəsiqə qazana bilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.