İDMAN


Azərbaycan çempionu “Araz” UEFA kubokunun elit-raund mərhələsində ilk oyununu keçirib

A+ A

Bakı, 24 noyabr, AZƏRTAC 

Futzal üzrə UEFA kubokunun elit-raund mərhələsində Azərbaycan çempionu “Araz” ilk oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, təmsilçimiz Xorvatiyanın Zaqreb şəhərindəki Dom Sportova idman kompleksində yerli “Nacional” komandası ilə qarşılaşıb.

Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Araz” komandası 1:2 hesabı ilə məğlub olub.

Komandamız növbəti oyununu noyabrın 24-də Rusiyanın “Yuqra” komandasına qarşı keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.