İDMAN


Azərbaycan çempionu Danimarkanın “Brondbü” klubu ilə qarşılaşıb

Bakı, 3 iyul, AZƏRTAC

Ağdamın “Qarabağ” futbol klubu Avstriyada təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu Danimarkanın “Brondbü” klubu ilə qarşılaşıb. Görüş rəqib 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qarabağ”ın heyətində Dino Ndlovu fərqlənib.

Qeyd edək ki, Ağdam təmsilçisi bundan öncə keçirdiyi 3 yoxlama matçında da uduzub. Təmsilçimiz Rusiya Premyer Liqa klubu “Axmat”a 0:1, Bolqarıstanın MOİK klubuna 2:5, digər Rusiya klubu “Dinamo”ya isə 0:1 hesabı ilə məğlub olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.