İDMAN


Azərbaycan çempionu Gürcüstanın “Tbilisi Universiteti” komandası ilə qarşılaşacaq

A+ A

Bakı, 11 oktyabr, AZƏRTAC

Oktyabrın 11-də Makedoniyada futzal üzrə UEFA kuboku yarışlarının seçmə mərhələsi çərçivəsində ikinci qrupda mübarizəyə start verilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu “Araz” turnirdə yerli “Jelezareç”, Gürcüstanın “Tbilisi Universiteti” və Kosovonun "Feniks" klubları ilə mübarizə aparacaq.

Azərbaycan çempionu ilk turda Gürcüstan təmsilçisi ilə qarşılaşacaq.

Baş məşqçi Miltinyo Makedoniyada Anar Məmmədov, Rövşən Hüseynli, Emin Kürdov, Oqtay Rüstəmli, Eduardo, Rizvan Fərzəliyev, Vassura, Everton Kardoso, Fabio Poletto, Tyaqu, Fineo, Ramiz Çovdarov, Xətai Bağırov və İsa Atayevin xidmətindən yararlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.