İDMAN


Azərbaycan cüdoçuları Almaniya çempionatında qələbə qazanıblar

Bakı, 31 oktyabr, AZƏRTAC 

Azərbaycan cüdoçuları, Almaniyanın “Hamburq” klubunun heyətində çıxış edən Nicat Şıxəlizadə və Orxan Səfərov bu ölkə çempionatının qalibi olublar.

AZƏRTAC xəbər verir ki, “Hamburq” komandası klublararası birinciliyin finalında Münxenin “Qrossadern” klubunu 7:6 hesabı ilə məğlub edib. Hər iki idmançımız həlledici qarşılaşmaları da qələbə ilə başa vurub.

Orxan Səfərov 60, Nicat Şıxəlizadə isə 66 kiloqram çəki dərəcələrində mübarizə aparıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.