İDMAN


Azərbaycan cüdoçuları Avropa çempionatında iki qızıl medal qazanıb

A+ A

Bakı, 17 sentyabr, AZƏRTAC

İspaniyanın Malaqa şəhərində gənclər arasında cüdo üzrə Avropa çempionatına start verilib. Yarışın ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub. Belə ki, gənc cüdoçularımız iki qızıl medal qazanıb.

Cüdo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, 55 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Natiq Qurbanlı finala gedən yolda türkiyəli Oğuzhan Karacanı, macarıstanlı Daniel Monorini və gürcüstanlı İrakli Kupatadzeni məğlub edib. O, həlledici görüşdə Rusiya cüdoçusu Ali Pafov üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

73 kiloqram çəki dərəcəsində çıxış edən Hidayət Heydərov da uğurlu nəticəyə imza atıb. O, rumuniyalı Aleksandru Raicuya, polşalı Tomasz Czerniaşskiyə, britaniyalı Danile Povelə və kosovalı Akil Gjakovaya qalib gəlib gələrək finala yüksəlib. Qızıl medal uğrunda görüşdə Gürcüstan təmsilçisi Giorgi Katsiaşvilini də məğlub edən Heydərov Avropa çempionu olub.

Mötəbər yarışda mübarizə aparan Kəramət Hüseynov (55 kq) və Şəfəq Həmidova (44 kq) 5-ci, Hasil Cəfərov (73 kq) isə 7-ci olub.

Bununla da, Avropa çempionatının ilk günündə aktivinə iki qızıl medal yazdıran millimiz komanda hesabında ilk pillədə qərarlaşıb.

Qeyd edək ki, 43 ölkədən 405 idmançının (229 oğlan, 176 qız) qatıldığı Avropa çempionatında milli komandamız 13 cüdoçu ilə (10 oğlan, 3 qız) təmsil olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.