İDMAN


Azərbaycan cüdoçuları Avropa çempionatında tarixi nəticə əldə ediblər

A+ A

Madrid, 18 sentyabr, AZƏRTAC 

İspaniyanın Malaqa şəhərində cüdo üzrə gənclər arasında Avropa birinciliyində komanda yarışları keçirilib. Azərbaycan millisi bu mötəbər yarışda tarixi uğura imza atıb. Millimiz komanda yarışlarında Avropa çempionatında ikinci olub.

Komanda yarışlarında gənc cüdoçularımız Böyük Britaniya və Ukrayna yığmaların məğlub edərək yarımfinala çıxıblar. Yarımfinalda Hollandiya cüdoçuları üzərində inamlı qələbə qazanan milli komandamız tarixində ilk dəfə olaraq Avropa birinciliyinin komanda yarışlarının finalına yüksəlib. Gürcüstan millisinə qarşı həlledici görüş gərgin və maraqlı idman mübarizəsi şəraitində keçib. Nəticədə güclü rəqibə 2:3 hesabı ilə uduzan millimiz komanda yarışlarında Avropa birinciliyinin gümüş medalını qazanıb.

Qeyd edək ki, 43 ölkədən 405 idmançının (229 oğlan, 176 qız) qatıldığı Avropa çempionatında milli komandamız 13 cüdoçu ilə (10 oğlan, 3 qız) təmsil olunub.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.