İDMAN


Azərbaycan cüdoçuları Avropa kubokunda 4 medal qazanıb

A+ A

Bakı, 31 iyul, AZƏRTAC

Berlində gənclər arasında cüdo üzrə Avropa kubokunun ilk günü Azərbaycan millisi üçün uğurlu olub.

AZƏRTAC xəbər verir ki, gənc cüdoçularımız millimizin aktivinə 4 medal yazdırıb.

İdmançılarımızdan Hidayət Heydərov (73 kq) qızıl, Kəramət Hüseynov (55 kq) gümüş, Nəriman Əhmədov və Natiq Qurbanlı (hər ikisi 55 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, 38 ölkədən 524 idmançının (298 oğlan, 226 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan millisi 16 cüdoçu (15 kişi, 1 qadın) ilə təmsil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.