İDMAN
Azərbaycan cüdoçuları Avropa kubokundan iki medalla ayrılıblar
Bakı, 20 fevral, AZƏRTAC
İtaliyanın paytaxtı Romada kişilər arasında cüdo üzrə Avropa kubokuna yekun vurulub. Azərbaycan milli komandası yarışın sonuncu günündə aktivinə daha bir medal yazdırıb.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 90 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Tural Səfquliyev finala gedən yolda serbiyalı Draqan Beqoviç, italiyalı Luka Qalbiati, yaponiyalı Şoiçiro Mukai və kanadalı Zaçari Burta qalib gəlib. Cüdoçumuz həlledici görüşdə Polşa təmsilçisi Pyotr Kuçzeraya uduzaraq mötəbər turnirin gümüş medalı ilə kifayətlənib.
Xatırladaq ki, yarışın ilk günündə Oruc Vəlizadə (60 kq) milli komandamıza bürünc medal qazandırıb.
Qeyd edək ki, 36 ölkədən 257 idmançının mübarizə apardığı Avropa kubokunda Azərbaycan milli komandası 16 cüdoçu ilə təmsil olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [23:19]
Konfrans Liqasında ilk finalçı bəlli olub
- 08.05.2024 [22:35]
“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib
- 08.05.2024 [21:51]
Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib
- 08.05.2024 [18:49]
Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub
- 08.05.2024 [17:48]
Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb
- 08.05.2024 [17:46]
“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur
- 08.05.2024 [17:31]
Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- 08.05.2024 [16:00]