İDMAN


Azərbaycan cüdoçuları Tbilisi Qran-prisində güclərini sınayacaqlar

Bakı, 19 mart, AZƏRTAC

Martın 31-dən aprelin 2-dək Tbilisidə cüdo üzrə Qran-pri yarışları təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, yarışda ölkəmizi 18 cüdoçu təmsil edəcək.

Kişilərin yarışnda milli komandamızın heyətində Sahib Əsgərov, Mehman Sadiqov (hər ikisi 60 kq), Emil Həsənov, İlkin Babazadə (hər ikisi 66 kq), Elvin Mustafayev, Telman Vəliyev (73 kq), Afiq Səfərli, Rüfət İsmayılov (hər ikisi 81 kq), Əbdulhaqq Rəsullu, Tural Səfquliyev (hər ikisi 90 kq), Zelim Kotsoev və Sənan Əhmədov (hər ikisi 100 kq) tatami üzərinə çıxacaqlar.

Qadınların mübarizəsində ölkəmizi Leyla Əliyeva (48 kq), Nəzakət Əzizova (52 kq), Səkinə Zairova (57 kq), Xanım Hüseynova, Nuriyyə Əhmədova (hər ikisi 63 kq) və Günel Həsənli (78 kq) təmsil edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.