İDMAN


Azərbaycan cüdoçuları U-23 Avropa çempionatında güclərini sınayacaqlar

A+ A

Bakı, 3 noyabr, AZƏRTAC 

Noyabrın 11-də Təl-Əvivdə 23 yaşadək cüdoçular arasında Avropa çempionatı start götürəcək.

AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək yarışa Azərbaycan yığması da qatılacaq.

Məşqçilər korpusu İsraildə Mehman Sadıqov, Davud Məmmədsoy (hər ikisi 60 kq), Telman Vəliyev (66 kq), Hidayət Heydərov, Fəqan Quluzadə (hər ikisi 73 kq), Rüfət İsmayılov (81 kq), Firudin Dadaşov, Vasif Sərbətli (hər ikisi 90 kq) və Cəlil Şükürovu (100 kq) sınamağı qərara alıb.

Qitə çempionatında 40 ölkədən 341 cüdoçunun iştirakı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.