İDMAN
Azərbaycan cüdoçusu Rüstəm Orucov qızıl medal qazanıb VİDEO
Bakı, 28 mart, AZƏRTAC
Azərbaycan cüdoçusu Rüstəm Orucov qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Samsun şəhərində cüdo üzrə beynəlxalq Qran-pri yarışlarının ikinci günündə - martın 28-də milli komandamızın üzvü Rüstəm Orucov (73 kq) Çin, İsveç, Hollandiya və Birləşmiş Ərəb Əmirliklərindən olan rəqiblərinə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə yerli idmançıya qalib gələn cüdoçumuz beynəlxalq Qran-pri yarışlarının qızıl medalına sahib olub.
Turnirin ilk günündə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Orxan Səfərov gümüş medal qazanmışdı.
Qeyd edək ki, iki medalla Azərbaycan millisi ümumi komanda hesabında üçüncü pillədə qərarlaşıb. Özbəkistan millisi birinci, Hollandiya yığması isə ikinci yerdədir.
Turnirə martın 29-da yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]
"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq
- 26.04.2024 [14:42]