İDMAN
Azərbaycan cüdoçusu “World Masters” beynəlxalq turnirinin qalibi olub
Bakı, 25 may, AZƏRTAC
Mərakeşdə cüdo üzrə “World Masters” beynəlxalq turnirində Azərbaycan milli komandası 3 medal qazanıb.
AZƏRTAC xəbər verir ki, yarışa hər çəki dərəcəsi üzrə beynəlxalq reytinq cədvəlində ilk on altı pillədə qərarlaşan cüdoçular qatılıb.
Turnirdə 100 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Elmar Qasımov bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Milli komandamızın üzvü Orxan Səfərov (60 kq) gümüş, Rüstəm Orucov (73 kq) isə bürünc medal qazanıb.
Ümumi komanda hesabında Azərbaycan millisi altıncı olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:32]
Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub
- 25.04.2024 [17:14]
Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb
- 25.04.2024 [17:01]
Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb
- 25.04.2024 [16:34]
Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb
- 25.04.2024 [16:27]
Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar
- 25.04.2024 [16:22]
“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik
- 25.04.2024 [14:12]