CƏMİYYƏT


Azərbaycan dəyərlərinin təbliğində tələbələrin rolu müzakirə olunub

A+ A

Bakı,11 noyabr, AZƏRTAC

Bakı Avrasiya Universitetində (BAU) “Azərbaycan dəyərlərinin təbliğində BAU tələbələrinin rolu” mövzusu müzakirə edilib. Tədbir çərçivəsində “Gənclərin elmi araşdırmalarına dəstək” (GEAD) İctimai Birliyinin ingilis dilində tərtib etdiyi “Avropa gənclər paytaxtı Gəncə” kitabının təqdimatı olub.

BAU-dan AZƏRTAC-a bildirilib ki, GEAD Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi səkkizinci qrant müsabiqəsində “Gəncə keçmişin mirası, gələcəyin mədəniyyət nümunəsi kimi” adlı layihə ilə iştirak edərək qalib gəlib. Layihə çərçivəsində “Avropa gənclər paytaxtı Gəncə” kitabı hazırlanıb.

BAU-nun prorektoru, professor Gülzar İbrahimova ölkəmizin zəngin mədəni irsinin, milli dəyərlərimizin təbliğində, dünyada tanıdılımasında gənclərin xüsusi fəallıq göstərmələrinin vacibliyini vurğulayıb.

G.İbrahimova “Avropa gənclər paytaxtı Gəncə” kitabının nəşrini yüksək dəyərləndirərək əcnəbilərin Gəncə şəhərini daha yaxından tanıması istiqamətində bu cür vəsaitin hazırlanmasının mühüm addım olduğunu bildirib.

Filologiya üzrə fəlsəfə doktoru, professor Ədalət Tahirzadə Gəncə şəhərinin tarixi ilə bağlı məruzəsində layihənin əhəmiyyətindən danışıb.

Tədbirdə mövzu ilə bağlı çıxışlar dinlənilib. Qeyd olunub ki, “Avropa gənclər paytaxtı Gəncə” kitabının təqdimatı Romada və Berlində də keçirilib. Bu nəşr qədim şəhərlərimizdən olan Gəncənin Avropada tanınması, şəhərin tarixi, memarlığı, abidələri, mətbəx nümunələri, ümumilikdə mədəniyyəti haqqında məlumatların ingilisdilli oxuculara çatdırılması üçün əvəzsiz vəsaitdir.

Tədbirdə Gəncə şəhərinin 2016-cı ildə “Avropa gənclər paytaxtı” seçilməsi ilə bağlı videoçarx nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.