SİYASƏT


Azərbaycan diasporu ermənilərin iç üzünü faktlarla göstərən özbək tarixçini müdafiə edir

Bakı, 27 yanvar, AZƏRTAC 

Özbək tarixçi-publisist Şuxrat Salamovun (Barlas) hüquqlarının müdafiəsi ilə bağlı komissiya yaradılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Mərkəzinin rəhbəri, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü Mobil Məmmədovun təşəbbüsü ilə yaradılan Komissiya çərçivəsində vəkillər qrupu fəaliyyət göstərir. Vəkillər qrupuna Özbəkistan-Azərbaycan Qadınlar Cəmiyyətinin rəhbəri, tanınmış hüquqşünas Fatimə Piriyeva başçılıq edir.

Qeyd edək ki, Şuxrat Salamov müəllifi olduğu “Qarabağ: ideyalar müharibəsi” və “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağa qədər” kitablarına görə təqib olunur. Belə ki, “Qarabağ: ideyalar müharibəsi” kitabında yazıçı erməni daşnaklarının öz himayəçilərinin köməyi ilə insanları ideoloji müharibəyə necə hazırladıqları barədə tarixi faktları göstərir. İkinci kitabda isə ermənilər tərəfindən özbəklərlə bağlı törədilən qətliamdan bəhs olunur.

Hər iki kitab işıq üzü gördükdən sonra Ermənistanda və ermənilərin təzyiqi ilə Özbəkistanda Şuxrat Salamova qarşı kampaniya başlayıb. Falsifikasiya, milliyyətçilik, pantürkizm və fırıldaqçılıqda ittiham edilən tarixçi-publisist haqqında əsassız böhtanlar yayılır, ekstremist qruplarla əlaqədə günahlandırılır, şərəf və ləyaqəti təhqir olunur. Erməni icmasının nümayəndələri onun evinə hücum edərək şüşələrini sındırıblar. Hətta Rəsmi Yerevanın və erməni icmasının təsiri ilə Şuxrat Salamov barəsində millətlərarası nifrətin qızışdırılması maddəsi üzrə cinayət işi qaldırılması məsələsi gündəmdədir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.