ELM VƏ TƏHSİL
Azərbaycan dili fənni üzrə seminarda müvafiq imtahanlar üçün proqramların müzakirəsi aparılıb
Bakı, 6 oktyabr, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Azərbaycan dili fənni üzrə seminarın iş planının, 2016-cı ildə tam orta təhsil (XI illik), ümumi orta təhsil (IX illik) üzrə buraxılış və ali təhsil müəssisələrinə, hərbi liseylərə keçiriləcək qəbul imtahanları üçün proqramların müzakirəsi aparılıb.
Bu barədə AZƏRTAC-a TQDK-dan məlumat verilib. 2016-cı ildə tam orta təhsil, ümumi orta təhsil üzrə buraxılış və ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanları üçün proqramlar redaktə xarakterli düzəlişlər edilməklə təsdiq olunub. Proqramlar 2016-cı ildə “Abituriyent” jurnalında dərc ediləcək.
Növbəti seminarda 2016-cı ildə hərbi liseylərə qəbul proqramının müzakirəsi davam etdiriləcək və ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanları üçün “Ədəbiyyat” (III ixtisas qrupu üçün) proqramının müzakirəsi aparılacaq.