CƏMİYYƏT


Azərbaycan dilinin işlənməsi və qorunmasında gənclərin üzərinə mühüm vəzifələr düşür

A+ A

Bakı, 28 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi və “Dostluq” Gənclərin Əlaqələndirmə Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan “Azərbaycan dilinin işlənməsi, qorunması və inkişafında gənclərin vətəndaşlıq vəzifələri” adlı layihənin tədbirləri regionlarda uğurla davam edir. Növbəti tədbirlər Tərtər, Bərdə, Mingəçevir, Göyçay və digər rayonlarda keçirilib.

Fonddan AZƏRTAC-a bildiriblər ki, İctimai Birliyin sədri Y.Ağayev Tərtər, Bərdə, Mingəçevir və Göyçay rayonlarında keçirilən tədbirlərdə çıxış edərək, gənclərə layihənin əhəmiyyəti barədə ətraflı məlumat verib. O, Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən olaraq istifadəsi və əsaslı tədqiqindən, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılmasından, Azərbaycan dilinin müasir zamanda formalaşma meyillərindən, gənclərin bu prosesdə fəal iştirakının mümkün nəticələrindən danışıb. Qeyd edib ki, əsas məqsəd Azərbaycan dilinin inkişafı ilə bağlı dövlətimizin apardığı siyasətə dəstək verməkdir. Bu dili inkişaf etdirmək, gələcək nəsillərə ötürmək bizim ali vətəndaşlıq borcumuzdur. Diqqətə çatdırılıb ki, Azərbaycan dilinin işlənməsi və qorunmasında gənclərin üzərinə mühüm vəzifələr düşür.

Layihə üzrə sessiyalarda ekspertlərin çıxışları dinlənilib. Ekspertlər professor A.Bayramov, professor M.Quliyev, C.Abdullayev, E.Musayev, R.Əliyev, T.Şahbazova və digərləri layihənin mövzusunun günümüzdə aktuallıq kəsb etdiyini bildiriblər. Onlar “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı və digər müvafiq sənədlərin əhəmiyyətini qeyd ediblər.

Tədbirlər qarşılıqlı fikir mübadiləsi ilə davam edib. Yekunda iştirakçılara sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.