CƏMİYYƏT


Azərbaycan dilinin qorunması və inkişafında gənclərin vətəndaşlıq vəzifələri müzakirə olunub

A+ A

Bakı, 4 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi və “Dostluq” Gənclərin Əlaqələndirmə Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan dilinin işlənməsi, qorunması və inkişafında gənclərin vətəndaşlıq vəzifələri” adlı layihənin növbəti təlimi keçirilib.

İştirakçılara layihə barədə ətraflı məlumat verilib, onun həyata keçirilməsi məqsədləri və qarşıya qoyulmuş vəzifələr haqqında söz açılıb. Qeyd edilib ki, əsas məqsəd Azərbaycan dilinin inkişafı ilə bağlı dövlətin apardığı düşünülmüş siyasətin gənclər arasında düzgün təbliği və yerlərdə icrası zamanı sistemli yanaşmanın formalaşdırılması yollarını müzakirə etməkdir.

Təlim zamanı Azərbaycan dilinin gündəlik inkişaf tempinə uyğun olaraq gənclərin yeniliklərə münasibəti, əsas təsiretmə mexanizmi kimi gənclərin rolu və tutduqları mövqe barədə məqamlara toxunulub.

Layihənin növbəti sessiyası ekspert Rəfail Əliyevin çıxışı ilə davam edib. Təlimin bu hissəsi daha interaktiv keçib, iştirakçıların gündəlik həyatda rastlaşdıqları problemlər barədə fikirləri dinlənilib. Əsasən gənclərin müxtəlif sosial qruplarda dillə bağlı tutduqları mövqe və bu sahədə gənclərin simasında əsas vəzifələr və öhdəliklər barədə müzakirələr aparılıb. Sonda təlimçi tərəfindən “Dostluq” Gənclərin Əlaqələndirmə Mərkəzi İctimai Birliyi və “Sorğu” Sosial Araşdırmalar İnstitutunun birgə hazırladığı sosial sorğu anketləri iştirakçılara paylanılıb, onların mövcud problemlər və inkişaf istiqamətləri ilə bağlı mövqeləri öyrənilib.

Təlimin yekununda iştirakçılara sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.