ELM VƏ TƏHSİL


Azərbaycan dövləti multikulturalizm və tolerantlığın qarantıdır

Bakı, 14 aprel, AZƏRTAC

İyunun 14-də Azərbaycan Dillər Universitetində (ADU) 15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Azərbaycan dövləti multikulturalizm və tolerantlığın qarantıdır” mövzusunda seminar keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, bu ali məktəbin rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla 1993-cü ildə ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə ikinci dəfə qayıdışının faktiki olaraq ölkəmizi böyük bir fəlakətdən xilas etdiyini, vətəndaş müharibəsi astanasında duran bir xalqın öz inkişafına qovuşması üçün siyasi, iqtisadi və mənəvi bir mühit yaratdığını qeyd edib. Ulu Öndərin bir çox qayıdışlara imza atdığını söyləyən K.Abdulla onun hakimiyyətə gəlişindən sonra mənəvi, siyasi və iqtisadi sahələrdə inkişaf yarandığını, bu inkişaf meyillərinin Prezident İlham Əliyevin fəaliyyətində də əsas olduğunu bildirib.

K.Abdulla ADU-nun gözəl ənənələrinin və potensialının olduğunu bildirərək Azərbaycanın multikultural inkişaf yolunda universitetin üzərinə düşən missiyanın öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Rəşad İlyasov “Azərbaycan multikulturalizmi” dərsliyi haqqında ümumi məlumat verib. O, Azərbaycan multikulturalizmini həm ölkə daxilində, həm də ölkə xaricində təbliğ edən bu kitabın elm tarixinə öz möhürünü vura biləcəyini, eyni zamanda, kitabın dərslik kimi bir mənbə olduğunu qeyd edib.

Tədbirdə “Azərbaycanda yaşayan azsaylı xalqların Azərbaycan cəmiyyətinə düzgün inteqrasiyasında Heydər Əliyevin siyasəti”, “Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı, xalqın ona olan inam və etibarı”, “Azərbaycan multikulturalizminin dünyada təbliği”, “Müstəqillik dövründə multikulturalizm siyasəti və Azərbaycanda davamlı inkişaf” və “İndoneziya universitetlərində Azərbaycan multikulturalizmi fənninin tədrisi” mövzularında mühazirələr dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.