İDMAN


Azərbaycan döyüşçüləri dünya çempionu olublar

Bakı, 8 dekabr, AZƏRTAC 

Ukraynanın Xarkov şəhərində təşkil olunan qaydasız döyüş növləri (MMA) üzrə dünya çempionatı “Qəbələ” idman klubu üçün uğurlu alınıb.

Klubdan AZƏRTAC-a bildiriblər ki, yarışda təmsilçilərimiz iki medal qazanıblar.

Xarkov İdman Sarayında təşkil olunan WMMAF versiyası üzrə çempionatda Hüseyn Əliyev və Bəxtiyar Abbasov fəxri kürsüyə qalxıblar. B.Abbasov 90 kiloqram çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək dünya çempionu tituluna yiyələnib. H.Əliyev isə eyni nailiyyətə 77 kiloqram çəki dərəcəsində imza atıb.

Beləliklə, “Qəbələ”nin iki döyüşçüsü 2016-cı ilin dünya çempionu titulunu qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.