İDMAN


Azərbaycan döyüşçüsü Rusiyada dünya çempionu olub

Bakı, 2 iyun, AZƏRTAC

Rusiyanın Kislovodsk şəhərində yeniyetmələr, gənclər və böyüklər arasında qaydasız döyüş növləri (MMA) üzrə dünya birinciliyi və çempionatı keçirilib. Sayca 7-ci dəfə təşkil olunan çempionatda 15 ölkədən 161 idmançı qalib adı uğrunda mübarizə aparıb.

AZƏRTAC xəbər verir ki, yarışda böyük əzmkarlıq nümayiş etdirən “Neftçi İdman Klubu”nun yetirməsi Ehtiram Dərişov bütün döyüşlərdən qalib ayrılaraq böyüklər arasında dünya çempionu adını qazanıb. Turnirdə 57 kiloqram çəkidə çıxış edən idmançımız Tacikistan və Hindistan təmsilçilərini məğlub edərək finala vəsiqəni təmin edib. Həlledici görüşdə rusiyalı İrisxan Makayev üzərində tam qələbə qazanan E.Dərişov dünya çempionatının qızıl medalına sahib olub.

Qeyd edək ki, klubun idmançılarının da yer aldığı komanda yarışlarında Azərbaycan yığması 3-cü yeri tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.