Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan düzgün neft-qaz siyasəti ilə böyük bir coğrafiyada strateji əhəmiyyətini təsdiqləyib

Azərbaycan düzgün neft-qaz siyasəti ilə böyük bir coğrafiyada strateji əhəmiyyətini təsdiqləyib

İstanbul, 14 iyul, АZƏRTAC

İyulun 9-dan 13-dək İstanbulda dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən 22-ci Dünya Neft Konqresi Azərbaycanın neft və qaz strategiyasının dünya iqtisadiyyatında yerini və rolunu, sosial həyatın bütün sahələrində inkişafa təsir imkanlarının böyük gücünü bir daha nümayiş etdirdi. Dünya Neft Konqresində nümayiş olunan filmin əsas süjet xəttini enerjinin insan həyatındakı rolu təşkil edirdi. Bu fikri bütövlükdə 22-ci Dünya Neft Konqresinin mövqeyi kimi qəbul edə bilərik: Azərbaycanın neft və qaz siyasəti hazırda böyük bir coğrafiya üçün strateji əhəmiyyət kəsb edir və yüz ildən çox bir müddətdə mövcud olacağını təsdiqləyir. Bu reallıqdan çıxış edərək deyə bilərik ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən uzaqgörən neft və qaz strategiyası bütövlükdə Avrasıyada geniş bir regionda iqtisadi inkişafa yol açıb, uzunmüddətli sülh və sabitlik üçün əhəmiyyətli qərarlar qəbul olunmasına əlverişli şərait yaradıb.

Fikir və mülahizələri davam etdirməzdən əvvəl Prezident İlham Əliyevin İstanbul Konqresindəki proqram xarakterli nitqində ifadə etdiyi mühüm bir məqama nəzər salaq: “Cənub Qaz Dəhlizi” layihəsinin icrasında yeddi ölkə iştirak edir: Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Üç Balkan ölkəsi də gələcəkdə Cənub Qaz Dəhlizinə qoşula bilər. Bu istiqamətdə də müvafiq işlər aparılır. Yəni, biz bu layihənin coğrafiyasını genişləndiririk, gələcəkdə daha da genişləndirə bilərik”.

Konqresdə və prezidentlərin tədbirində səslənən fikirlər, eləcə də panellərdə və konqres çərçivəsində təşkil olunan sərgilərdəki təqdimatlar bir daha təsdiqlədi ki, Azərbaycanın yeni neft və regional inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu siyasət Avrasiya məkanında yerləşən digər ölkələrin iqtisadi maraqlarına cavab verir.

Konqresin müzakirə etdiyi ən mühüm məsələlərdən biri tükənməkdə olan karbohidrogen yataqlarından çıxarılan ehtiyatların hazırda ixrac olunduğu ölkələrin gələcəkdə qarşılaşa biləcəyi neft və qaz qıtlığının hansı yollarla doldurması ilə bağlı idi. Mütəxəssislər hesab edirlər ki, təxminın 25 il sonra təkcə neft və qaz idxal edən regionlar deyil, o cümlədən hazırda karbohidrogen ehtiyatları ixrac edən bəzi ölkələr də enerji çatışmazlığı ilə qarşılaşacaqlar. Bu müddət ərzində dünyada 20 böyük karbohidrogen yatağının tükənəcəyi proqnozlaşdırılır. Məhz bu amili əsas götürərək Azərbaycanın neft strategiyasının əhəmiyyətini və dünya enerji təhlükəsizliyindəki rolunu daha aydın şəkildə təsəvvür etmək üçün mövcud vəziyyəti üç istiqamətdə xarakterizə edə bilirik. Birincisi, Azərbaycanın neft və qaz strategiyasının real nəticə verdiyi, ikincisi, perspektivdə olan, üçüncüsü isə proqnozlaşdırılan mərhələlərdir. Nəzərə almaq lazımdır ki, hazırda enerji təhlükəsizliyi anlayışı təkcə ixracatçını yox, tədarükçü tərəfi də narahat edən mühüm amilə çevrilib.

Birinci mərhələyə dair aşağıdakı fikir və mülahizələri söyləmək olar: Azərbaycanın mövcud neft və qaz strategiyası ölkəmiz də daxil olmaqla, Türkiyə və Gürcüstanda kompleks inkişafın konturlarını müəyyənləşdirir. Xəzər dənizinin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatların nəql edilməsində ərazisindən istifadə edilən Türkiyə və Gürcüstan konkret olaraq bu strategiyanın bəhrəsini görür və gəlirləri iqtisadi inkişafa yönəldirlər. Bir sözlə, bu gün uğurla fəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin faydasını həm Azərbaycan xalqı, həm də regionun digər ölkələrinin xalqları öz həyatlarında hiss edirlər. Azərbaycanın liderliyi ilə həyata keçirilən “Sahdəniz 2” layihəsi və Cənub Qaz Dəhlizinin üçüncü minillikdə Avrasiya qitəsinin enerji təhlükəsizliyinin təminatında mühüm amil kimi çıxış edəcəyi artıq heç kəsdə şübhə doğurmur.

İkinci mərhələyə, tezliklə istifadəyə verilməsi gözlənilən Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP və TAP layihələri, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizində dəmir yolu şəbəkəsinin qurulmasına aid tikintilər aid edilə bilər. Ölkəmizin təşəbbüsü ilə reallaşdırılan beynəlxalq Şərq-Qərb nəqliyyat–kommunikasiya dəhlizləri bölgə və dünya ölkələrinə bu sahədə əlavə üstünlüklər qazandırmaqla yanaşı, Azərbaycanın regiondakı geosiyasi çəkisini artırır. Əlbəttə, bu layihələrin daha bir çox üstünlükləri var ki, bəzən onlar geniş ictimaiyyətin diqqətindən kənarda qalır. Bu mövzuya bir qədər sonra qayıdacağıq.

Rəsmi məlumata görə, hazırda Türkiyə iqtisadiyyatına ölkəmizin sərmayə qoyuluşu 9 milyard ABŞ dolları təşkil edir. Bu məbləğin 16-17 milyarda çatdırılması hədəflənir. Azərbaycanın Gürcüstan iqtisadiyyatına qoyduğu investisiya isə 3,4 milyard dollar təşkil edir ki, bunun da 2,7 milyard dolları qeyri-neft sahəsinin payına düşür. Bundan başqa, perspektiv mərhələyə aid daha bir layihə Avrasiya Böyük İnformasiya Yolu layihəsidir. Onun bir hissəsi TANAP layihəsi ilə üst-üstə düşür. Belə ki, paralel olaraq, yüksək informasiya ötürücülüyü olan kabellərin, o cümlədən informasiya daşıyıcısı olan digər mühəndis qurğularının tikintisi nəzərdə tutulur.

Qeyd edə bilərik ki, Avrasiya Böyük İnformasiya Yolu layihəsinə BMT Baş Assambleyasının qəbul etdiyi üç qətnamədə dəstək verilməsi hazırda beynəlxalq sammit və konqreslərdə yüksək informasiya texnologiyalarının inkişafına dair mövzuların müzakirəyə çıxarılmasını şərtləndirir. Bu layihəni birgə həyata keçirmək Azərbaycan Respublikası ilə Beynəlxalq Telekommunikasiya İttifaqına həvalə olunub. Azərbaycanın siyasi iradəsi və digər imkanları sayəsində qədim İpək Yolu üzərində qurulacaq beynəlxalq əhəmiyyətli informasiya daşıyan dəhlizin yaradılması tam real görünür.

Nəhayət, üçüncü mərhələ haqqında onu demək olar ki, bu, dövlətimizin ardıcıl olaraq yürütdüyü mehriban dostluq və səmimi qonşuluq siyasətinin tərkib hissəsidir. Transxəzər karbohidrogen nəqliyyat dəhlizi XXI əsrdə dünya siyasətinin inkişaf istiqamətlərinə yeni nəfəs gətirib. Eyni zamanda, Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistanda yeni inkişaf mərhələsinə keçid üçün əsaslı zəmin yaradıb. Hazırda geniş müzakirə mövzusu olan transxəzər karbohidrogen nəqliyyat dəhlizi təkcə Xəzər dənizinin sahilyanı ölkələrdə deyil, bütün Avrasiya məkanında xüsusi maraq doğurur. Transxəzər karbohidrogen nəqliyyat dəhlizi regionun neft və qaz ehtiyatlarının bir hissinin TANAP və TAP xətləri vasitəsilə dünya bazarlarına çıxarılması üçün həlledici açara malikdir. Yəni bütün Xəzəryanı ölkələr mexaniki olaraq TANAP və TAP layihələrinə qoşulmaq şansı əldə edirlər.

Bu məqamda 22-ci Dünya Neft Konqresi çərçivəsində aparılan müzakirələrin gedişində xüsusi vurğulanan daha bir fakta nəzər yetirmək yerinə düşər. İran neft nazirinin müavini Amir Hosseyn Zamaniniya KİV-lərə bildirib ki, onun ölkəsinə qarşıdakı bir il ərzində neft və qaz yataqlarının işlənilməsi ilə bağlı 8-10 milyard ABŞ dolları məbləğində sərmayə yatırılacaq. İran təmsilçisi Türkiyənin neft və qaz şirkətlərini ölkəsinə sərmayə yatırmağa dəvət edib. Bundan başqa, konqresdə çox fəal tərəflərdən biri də Rusiya Federasiyasının hökumət üzvləri, eləcə də neft və qaz sektorundakı şirkətlərin təmsilçiləri olublar. Bütün bu amillər Türkiyə-İran, Türkiyə-Rusiya münasibətlərində enerji sahəsində əməkdaşlığın göstəriciləri olaraq özünü təsdiqləməkdədir. Mütəxəssislər hesab edirlər ki, bu əməkdaşlığın yaranmasında TANAP və TAP layihələri xüsusi rola malikdir. Bu kəmərlərin dayanaqlığına gəldikdə isə yenə də Prezident İlham Əliyevin açıqladığı rəqəmlərə müraciət edə bilərik: “Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Gələcək onilliklər ərzində Azərbaycan qazı həm region, həm də Avropa ölkələrinin tələbatını ödəyəcəkdir”. Beləliklə, TANAP və TAP-ın çox böyük müddətdə tranzit nəqletmədə istifadə olunacağı təsdiqini tapır.

Prezident İlham Əliyevin konqresdə TANAP-ın əhəmiyyəti və işlərin gedişi barədə məlumatları da maraq doğurur: “TANAP layihəsi Cənub Qaz Dəhlizinin özəyidir. Məhz ondan sonra bütün digər istiqamətlər üzrə işlər başlamışdır. Bu gün “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir. Bu layihə 4 hissədən ibarətdir. Birinci hissə “Şahdəniz” qaz yatağıdır, orada “Şahdəniz-2” layihəsinin icrası artıq 93 faizə çatıbdır, yaxın aylarda tam başa çatacaqdır. İkinci hissə Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz qaz boru kəməridir. Orada da işlər 87 faiz səviyyəsində tamamlanmışdır. Üçüncü və ən əsas hissə TANAP qaz kəməridir. Burada da tamamlanma səviyyəsi 77 faizdir və biz gələn il bu layihənin icrasını qeyd edəcəyik. Nəhayət, dördüncü hissə TAP – Trans-Adriatik kəməridir. Burada da icra 44 faiz səviyyəsindədir. Bütün bu dörd önəmli layihə Cənub Qaz Dəhlizini təşkil edir. Bu layihənin icrası üçün 40 milyard dollar sərmayə tələb olunur, onun böyük hissəsi artıq qoyulubdur”.

Qeyd etmək lazımdır ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, enerji və təbii sərvətlər naziri Berat Albayrak, Bolqarıstanın Baş naziri Boyko Borisov, Albaniyanın Baş naziri Edi Ramak və digər dövlət və hökumət başçılarının çıxışlarında, həmçinin konqres çərçivəsində təşkil olunan panellərdə Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarına, onların düzgün işlənilməsinə, bu ehtiyatları nəql edəcək TANAP və TAP layihələrinin əhəmiyyətinə toxunulub, həmçinin dövlətimizin başçısının konqresdəki nitqində səsləndirdiyi faktlara dəfələrlə istinad edilib. Bütün hallarda Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənməsi və Avropaya çatdırılması 22-ci Dünya Neft Konqresində əsas müzakirə mövzusu olub.

Rəsmi məlumatlarda göstərilir ki, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə ilkin mərhələdə Türkiyəyə 2018-ci ildən, Avropa bazarlarına isə 2020-ci ildən başlayaraq 16 milyard kubmetr qaz ixrac edəcək. Gələcəkdə isə ixrac həcmlərini “Abşeron” və “Ümid-Babək” kimi yeni layihələr hesabına artıra biləcək.

Beləliklə, 1994-cü ildə ümummilli lider Heydər Əliyevin möhkəm təməl üzərində qurduğu uzaqgörən neft strategiyasının ilk növbədə xoş məramlılığını, onun əhatə dairəsinin sürətlə genişlənməsini, qarşısıalınmaz bir prosesə çevrildiyini və nəhayət, insan faktoruna birbaşa faydasını nəzərə alaraq, onu belə də adlandıra bilərik: Avrasiya neft və qaz inkişaf strategiyası. Məhz bu strategiya əsasında Xəzərin Azərbaycan sektorundakı karbohidrogen yataqlarının işlənilməsi, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi–Ərzurum neft və qaz kəmərlərinin çəkilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması mümkün olub. Eyni zamanda, TANAP, TAP və Avrasiya Böyük İnformasiya Yolu layihələrinin tikintisi müvafiq texnologiyalara, maşın və mexanizmlərə, ağır və yüngül sənaye məhsullarına, elektrik təchizatlarına, o cümlədən tikinti işlərinə aid mal və materialların daşınması üçün gəmi və iri tutumlu maşınların alınmasına, uniformaların hazırlanmasına, bütün bu sahələrdə çalışan insanlar üçün qablaşdırılmış ərzaq məhsullarına tələbat yaradır. Həmin məhsulların bir qismi hətta Avrasiya qitəsindən uzaqlarda istehsal olunur. Sadalanan bütün bu məqamlar həm də müvəqqəti və daimi iş yerləri deməkdir. Bu da öz növbəsində bütün dünyada hökumətlərin qarşılaşdığı əhali məşğulluğu probleminin həllinə töhfə verir.

Sonda bir daha qeyd edə bilərik ki, Azərbaycanın nümunəsində magistral neft-qaz kəmərləri strategiyasının düzgün seçiminin iqtisadi artımın lokomotivi ola biləcəyi aydın görünür. Azərbaycan transmilli magistral boru kəmərlərinin yeni Böyük İpək Yolunun əsas elementinə çevriləcəyinə və bundan əldə ediləcək mənfəətin karbohidrogen istehsalçıları, tranzitçiləri və istehlakçıları arasında ədalətlə bölüşdürülməsinə zəmanət verəcəyinə əmindir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb

AİBNDX: Malların mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsinin fasiləsizliyi bayram günlərində təmin ediləcək

FHN Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

Bu il Şri-Lankaya 500 mindən çox turist gəlib

Cari ilin iki ayı ərzində Azəbaycanda istehsal edilən elektrik enerjisinin miqdarı açıqlanıb

Fransalı tennisçi oyun zamanı huşunu itirib

Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb

Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

KİV: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

İrqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb VİDEO

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub