MƏDƏNİYYƏT


Azərbaycan ədəbiyyatı klassiklərinin yaradıcılığına həsr olunmuş yeni layihəsinin icrasına başlanılır

Bakı, 30 noyabr, AZƏRTAC

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə M.F.Axundzadə adına Milli Kitabxana Beynəlxalq Muğam Mərkəzi ilə birgə Azərbaycan ədəbiyyatının klassiklərinin yaradıcılığına həsr olunmuş silsilə ədəbi-bədii musiqili məclislərin təşkili layihəsinin icrasına başlayır.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu silsilədən ilk tədbir klassik Azərbaycan poeziyasının “günəşi” Məhəmməd Füzulinin yaradıcılığına həsr olunacaq. Poeziya və musiqinin vəhdətindən ibarət tədbirdə klassik ədəbiyyatımızın görkəmli tədqiqatçıları akademik Teymur Kərimli, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, professor Buludxan Xəlilov və digər füzulişünas alimlərin çıxışları dinləniləcək, görkəmli aktyorların ifasında Füzuli şeirləri səslənəcək və məclis boyu tanınmış müğənnilərin ifasında şairin qəzəlləri oxunacaq.

Ədəbi-bədii musiqili məclisin ilk tədbiri dekabrın 2-də Azərbaycan Milli Kitabxanasında keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.