ELM VƏ TƏHSİL
Azərbaycan ədəbiyyatının əlyazma qaynaqları
Bakı, 26 oktyabr, AZƏRTAC
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, professor Azadə Musabəylinin “Elm və təhsil” nəşriyyatında “Azərbaycan ədəbiyyatının əlyazma qaynaqları” kitabının ikinci cildi çapdan çıxıb.
Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildiriblər ki, kitabda orta əsrlərdə Azərbaycan əlyazma kitablarının yaranma-yayılma, tarixi təkamülü, spesifikası, elmi təsnifatı, ədəbiyyatımızın başlıca qaynağı olması ilə bağlı araşdırmalar aparılıb.
Nəşrin elmi redaktorları AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu və filologiya üzrə fəlsəfə doktoru Mehmet Rıhtımdır.