REGİONLAR


Azərbaycan ədliyyə sisteminin zəngin və şərəfli tarixi var

A+ A

Daşkəsən, 23 noyabr, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan ədliyyə sisteminin xalqımızın müstəqillik mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin və şərəfli tarixi var. Ölkəmiz dövlət müstəqilliyi bərpa etdikdən və ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsində qurulması üçün əsaslı tədbirlər həyata keçirilib. Ötən müddətdə Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyəti artıb, səlahiyyət dairəsi genişlənib.

AZƏRTAC xəbər verir ki, bu fikirlər ədliyyə işçilərinin peşə bayramı münasibətilə Daşkəsən rayonunda keçirilən tədbirdə səslənib.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, məhkəmə işçiləri, ədliyyə qulluqçuları, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad ediblər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev çıxış edərək ədliyyə sisteminin inkişafında dövlətin diqqət və qayğısından danışıb. Qeyd edib ki, Prezident İlham Əliyevin bu sahədə islahatların dərinləşdirilməsinə, ədliyyə işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına dair sərəncamları çoxsaylı ədliyyə işçiləri tərəfindən yüksək qiymətləndirilir.

Daşkəsən Rayon Məhkəməsinin hakimi Tofiq Məmmədov əlamətdar günün tarixindən danışaraq bildirib ki, ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədilə ulu öndər Heydər Əliyevin 2000-ci ildə imzaladığı müvafiq Sərəncamla 22 noyabr – 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilib.

Qeyd olunub ki, ölkəmizdə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunda məhkəmə hakimiyyətinin yüksək statusuna xüsusi diqqət yetirilir. Son illərdə bu sahədə infrastrukturun müasirləşdirilməsi istiqamətində böyük işlər görülüb.

Respublikamızda həyata keçirilən uğurlu məhkəmə-hüquq islahatları, ədliyyə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyi, qanunun aliliyinin təmin edilməsi ilə bağlı mütərəqqi hüquqi qanunvericilik bazasının yaradılması barədə geniş məlumat verən T.Məmmədov göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.