CƏMİYYƏT


Azərbaycan əhalisinin sayı 0,6 faiz artıb

A+ A

Bakı, 16 sentyabr, AZƏRTAC

İlin əvvəlindən ölkə əhalisinin sayı 59,8 min nəfər və ya 0,6 faiz artaraq 2016-cı il avqustun 1-nə 9765,4 min nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əhalinin sıxlığı bir kvadratkilometrə 113 nəfər olub. Ölkə əhalisinin ümumi sayından 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinlərinin, 49,8 faizi kişilərin, 50,2 faizi qadınların payına və hər 1000 kişiyə isə hazırda 1007 nəfər qadın düşür.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyul ayları ərzində ölkədə 91,5 min, yaxud hər gün orta hesabla 430 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 16,3 təşkil edib. Doğulan körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrin 1612-si əkiz, 45-i isə üçəm doğulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.