İQTİSADİYYAT


Azərbaycan əhalisinin sayı 9 milyon 747,4 min nəfərə çatıb

A+ A

Bakı, 14 iyul, AZƏRTAC 

Bu ilin yanvar-may aylarında Azərbaycan əhalisinin sayı 41,8 min nəfər və ya 0,4 faiz artaraq iyun ayının 1-i vəziyyətinə 9 milyon 747,4 min nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfər olub. Ölkə əhalisinin ümumi sayından 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinlərinin, 49,8 faizi kişilərin, 50,2 faizi isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-may ayları ərzində ölkədə 65,3 min doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 16,3 təşkil edib. Doğulan körpələrin 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrin 1174-ü əkiz, 30-u isə üçəm doğulub.

Cari ilin yanvar-may aylarında ölkədə 24,3 min ölüm halı qeydə alınıb, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1 olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.