CƏMİYYƏT


Azərbaycan əhalisinin sayı açıqlanıb VİDEO

A+ A

Bakı, 14 dekabr, AZƏRTAC

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 88,2 min nəfər və ya 0,9 faiz artaraq 2016-cı il noyabr ayının 1-nə 9793,8 min nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əhalinin sıxlığı bir kvadratkilometrə 113 nəfər olub. Ümumi əhalinin 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinləri, 49,8 faizi kişilər, 50,2 faizi isə qadınlardır. Hər 1000 kişiyə hazırda 1007 nəfər qadın düşür.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-oktyabr aylarında ölkə üzrə 133,3 min, yaxud hər gün orta hesabla 437 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 16,5 təşkil edib. Doğulan körpələrin 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrin 2306-sı əkiz, 57-si isə üçəm doğulanlardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.