ELM VƏ TEXNOLOGİYA


Azərbaycan əlyazmalarına həsr olunan beynəlxalq konfrans keçiriləcək

A+ A

Bakı, 7 noyabr, AZƏRTAC 

Noyabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda birinci beynəlxalq elmi- nəzəri konfrans keçiriləcək.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirin təşkilinin məqsədi Azərbaycan əlyazmalarını dünyada tanıtmaq və təbliğ etməkdir.

Konfransda mövzu ilə bağlı məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.