ELM VƏ TEXNOLOGİYA


Azərbaycan əlyazmalarını dünyada tanıtmaq və təbliğ etmək mühüm məsələlərdəndir

A+ A

Bakı, 18 noyabr, İbrahim Əsədov, AZƏRTAC

Noyabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda birinci beynəlxalq elmi-nəzəri konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra elmimizin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışıb. Qeyd edilib ki, müstəqillik illərində elmimizin inkişafına çox geniş imkanlar yaradılıb.

Dünya kitabxanalarında əlyazmaların öyrənilməsində və tədqiqində Əlyazmalar İnstitutunun rolundan söz açan akademik İ.Həbibbəyli konfransın nəticələrinin səmərəli olacağına inamını ifadə edib.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli ölkəmizdə elm sahəsinə xüsusi önəm verildiyini vurğulayıb.

Cəmiyyətin tərəqqisində elmin mühüm rolunu xatırladan akademik T. Kərimli rəhbərlik etdiyi institutda əlyazmaların toplanması, araşdırılması, tədqiqi sahəsində həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan bəhs edib.

Bildirilib ki, tədbirin təşkilinin məqsədi Azərbaycan əlyazmalarını dünyada tanıtmaq və təbliğ etməkdir.

Akademik Vasim Məmmədəliyev milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının və inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi

konfransın əhəmiyyətindən danışıb, öz ölkəsində də Azərbaycan əlyazmalarının saxlanıldığını söyləyib.

Sonra “Azərbaycan tərcümə əsərlərinin əlyazmaları dünya kitabxanalarında”, “Misirdə saxlanılan Azərbaycan əlyazmaları” və s. mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.