İQTİSADİYYAT
Azərbaycan ən çox Rusiya ilə idxal-ixrac əməliyyatları həyata keçirib
Bakı, 6 mart, AZƏRTAC
Bu ilin yanvar ayında Azərbaycanın ixrac etdiyi məhsulların dəyəri idxaldan üstün olub. Ay ərzində ölkədən 1277814,36 min ABŞ dolları dəyərində ixrac əməliyyatları həyata keçirilib. İdxal əməliyyatları isə 574224,97 min dollar təşkil edib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinin məlumatına istinadla bildirir ki, bu proseslərdə Rusiya Federasiyası birinci yerdədir. Belə ki, hesabat dövründə Azərbaycan bu ölkədən 97187,14 min dollarlıq mal və məhsul idxal edib. Rusiyaya ixracın dəyəri isə 27176,43 min dollar olub.
Ay ərzində Azərbaycandan ən çox İtaliyaya mal və məhsul ixrac edilib. Bu ölkəyə ixrac edilən məhsulların ümumi dəyəri 263034,34 min dollar olub. İdxal əməliyyatlarında isə birinci yerdə Türkiyə Respublikasıdır. Buradan ölkəmizə 86771,37 min dollarlıq mal və məhsul gətirilib.