CƏMİYYƏT


Azərbaycan energetikləri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

A+ A

Bakı, 20 oktyabr, Elvira Məmmədova, AZƏRTAC

Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamına əsasən, hər il oktyabrın 20-si ölkəmizdə Energetiklər Günü kimi qeyd edilir.

AZƏRTAC xəbər verir ki, oktyabrın 20-də Energetika Nazirliyi, "Azərenerji" və "Azərişıq" Açıq Səhmdar cəmiyyətlərinin kollektivləri Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn ziyarətçilər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.