İQTİSADİYYAT


Azərbaycan energetiklərindən bir qrupu “MDB-nin əməkdar energetiki” fəxri adına layiq görülüb

A+ A

Bakı, 28 dekabr, AZƏRTAC 

Energetika Nazirliyində “MDB-nin əməkdar energetiki” fəxri adına layiq görülmüş bir qrup energetikin mükafatlandırılması mərasimi keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Müstəqil Dövlətlər Birliyinin (MDB) və birliyin Elektroenergetika Şurasının 25 illiyi münasibətilə Azərbaycan və MDB-yə üzv ölkələrin energetikasının inkişafında xidmətlərinə görə ölkənin 12 nəfər energetiki fəxri ad və döş nişanları ilə təltif edilib.

Mükafatların təqdimatı mərasimində çıxış edən energetika naziri Natiq Əliyev bildirib ki, başa çatmaqda olan 2016-cı il bütün dünyada iqtisadi böhran və siyasi münaqişələrlə müşayiət olunsa da, Azərbaycanda sabitlik və inkişaf mühiti qorunub. Ölkəmiz öz inkişafının kifayət qədər məsuliyyətli bir dövrünə qədəm qoyub. İqtisadi islahatların aparılması sahəsində bir sıra mühüm nəticələr əldə olunub. Yola saldığımız 2016-cı il bir çox sahələr kimi energetika sahəsində də nailiyyətlərlə yadda qalıb.

N.Əliyev dövlət başçısının yanacaq-enerji kompleksini Azərbaycan üçün həmişə vacib sahə hesab etdiyini xatırladaraq energetiklər qarşısında mühüm vəzifələrin qoyulduğunu, hər bir energetikin ölkəmizin inkişafı üçün səylə çalışmalı olduğunu vurğulayıb.

Sonra N.Əliyev təltif olunan energetikləri təbrik edərək, mükafatları sahiblərinə təqdim edib. Onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Təltif olunanlardan Azərbaycan Respublikası Nazirlər Kabinetinin sənaye və energetika şöbəsinin müdiri Səyyaf İsmayılov, “Azərişıq” ASC-nin sədri Baba Rzayev və Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin rəisi Cəfər Hüseynov aldıqları mükafatları yüksək qiymətləndirərək, onlara göstərilən etimadı daim doğruldacaqlarını, Azərbaycanın energetika sektorunun inkişafı və əhalinin elektrik enerjisinə tələbatının fasiləsiz və yüksək səviyyədə təmin olunması üçün səylərini əsirgəməyəcəklərini qeyd ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.