Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Azərbaycan fəxr edə bilər ki, belə bir dirijoru var” VİDEO

“Azərbaycan fəxr edə bilər ki, belə bir dirijoru var” VİDEO

Bakı, 19 avqust (AZƏRTAC). Tanrının Azərbaycan xalqına bəxş etdiyi ən böyük sənətkarlardandır Niyazi. Bütün mənalı ömrünün mənsub olduğu millətin musiqisinin təbliğinə həsr edən maestro yorulmadan, usanmadan, böyük şövqlə yaşayıb yaradıb. Dünyanın hər hansı məmləkətində canlı olaraq Azərbaycan musiqisi səslənirdisə, Niyazi orada olmağı özünə mənəvi borc bilirdi. Musiqimizi dünyanın ən böyük salonlarında minlərə, milyonlara elə böyük ustalıqla çatdırırdı ki, dinləyənlər bir də dinləmək istəyirdilər. O, əsl sənətkar, əsl dirijor idi. Əlindəki dirijor çubuğu ilə musiqinin sanki xəritəsini cızırdı. Onu “hava lövhəsində” elə izah edirdi ki, ən psixoloji, gərgin və mürəkkəb əsərləri belə dinləyici asanlıqla qavrayıb, başa düşürdü. Musiqinin ritmində hansı məqamın insan əhvalına, ovqatına təsir etmə imkanlarını müəyyənləşdirə bilirdi. Bütün bunlar bir daha Niyazinin əlçatmaz fitri istedad sahibi olmasından xəbər verirdi. Bu bənzərsiz istedadın nəticəsi idi ki, hər yerdə, hər zaman onu sevir, dinləyir və alqışlayırdılar.

Maestro Niyazi bəstəkar kimi də uğur qazanmışdı. Təsadüfi deyil ki, “Çitra” baletinə görə Hindistanda beynəlxalq Nehru mükafatına layiq görülmüşdü. Onun sevgi dolu bəstələri bu gün də dünyanı dolaşmaqdadır.

Avqustun 20-də dünya şöhrətli dirijor, bəstəkar, ictimai xadim, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi Tağızadə -Hacıbəyovun 102 yaşı tamam olur. İllər ötür, zaman dəyişir, sənətə yeni-yeni istedadlar gəlir, amma Niyazinin yeri hər zaman görünür.

Niyazi musiqiçi ailəsində dünyaya göz açmışdı. Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən, əmisi Üzeyir Hacıbəyli isə dahi bəstəkar idi. Niyazinin ilk böyük müvəffəqiyyəti 1938-ci ildə Moskvada keçirilmiş “Azərbaycan incəsənəti günləri”ndəki çıxışı ilə bağlıdır. O, Moskvada Üzeyir Hacıbəylinin “Koroğlu” və Müslüm Maqomayevin “Nərgiz” operalarına dirijorluq edib. Maestronun ömrünün sonunadək davam edən belə uğurlu çıxışları mədəniyyət tariximizə qiymətli səhifələr yazıb.

Azərbaycan dirijorluq məktəbinin formalaşması Niyazinin adı ilə bağlıdır. Milli ifaçılıq sənətinin inkişafında, milli musiqinin təbliğində maestronun xidmətləri böyükdür. Bəstəkarlarımızın bir çox əsərləri, o cümlədən Üzeyir Hacıbəylinin “Koroğlu” operası onun dirijorluğu ilə dünya musiqisinin qızıl fonduna daxil olub. Azərbaycanın əksər bəstəkarlarının əsərlərinin partituraları onun əlindən keçib, məhz maestronun dirijorluğundan sonra onlar öz uğurlarını və qüsurlarını başa düşüblər.

Maestro Azərbaycan bəstəkarlarının əsərlərinin dünyada təbliği ilə yanaşı, Qərb və rus bəstəkarlarının əsərlərinə də eyni dərəcədə professionallıqla dirijorluq edib. Niyazi dirijorluğu ilə əsərlərə xüsusi ahəng vermiş, ifa olunun əsərin ruhunu dinləyiciyə böyük məharətlə aşılamışdır. Dünyanın ən məşhur salonlarında çoxsaylı tamaşaçılar uzun müddət onun sənətinin sehrindən ayrıla bilməmişlər.

Niyazinin ifaçılıq fəaliyyəti əsasən Azərbaycan Dövlət Akademik Opera və Balet, Leninqrad Opera və Balet teatrları və Azərbaycan Dövlət Filarmoniyası ilə bağlı olub. Filarmoniyaya rəhbərlik etdiyi illərdə “Humayun” xalq çalğı alətləri ansamblı məhz Niyazinin təşəbbüsü ilə yaradılıb.

Müqavilə əsasında xarici ölkələrdə işləmək təklifi alan dirijor Türkiyəni seçmiş, Ankara Opera və Balet Teatrında, İstanbul Opera Teatrında uğurlar qazanıb.

Qeyd edək ki, 1963-cü ildə ilk dəfə olaraq Türkiyə bəstəkarları Adnan Sayqunun və Camal Erkinin Bakıda, sonra Moskvada keçirilən yaradıcılıq gecələrində maestro Niyazi dirijorluq edib. Həmin ilin noyabrında isə görkəmli dirijor ilk dəfə olaraq Türkiyədə çıxış edib. O, Türkiyəyə gedən ilk sovet dirijoru olub.

Azərbaycan Dövlət simfonik orkestrinin bədii rəhbəri və dirijoru olmuş Niyazi ölkə daxilində də musiqini təbliğ etmiş, 1970-ci illərin sonu və 80-ci illərin əvvəlində Şuşa, Xankəndi, Ağdam, Ağcabədi, Bərdə və Yevlaxda simfonik konsertlərin və festivalların təşkilatçısı olmuşdur. O demişdir: “Xalqın - xüsusən gənc nəslin ümumi mədəniyyətinə, onun mənəvi aləminə, musiqi zövqünün düzgün istiqamətdə formalaşmasına klassik musiqinin təbliği güclü təsir göstərir. Düzgün qurulmuş musiqi təbliğatı bu aktual problemi həll edə bilər”. Maestronun bu fikirləri hər zaman aktualdır.

Təbii ki, Niyazinin yaradıcılığında ona dünya şöhrəti gətirən dirijorluq sənəti olub. Lakin o, bəstəkar kimi bir sıra simfonik əsərlər, kinofilmlərə, dram tamaşalarına musiqilər, romanslar yazmış, Z.Hacıbəylinin “Aşıq Qərib”, Ü.Hacıbəylinin “Arşın mal alan” və s. əsərlərinin yeni redaksiyalarını hazırlamış, bir çox Azərbaycan xalq mahnılarını simfonik orkestr üçün işləmiş, “Rast” və “Şur” muğamlarını nota salmışdır.

Niyazinin üç əsəri - “Rast” simfonik muğamı, “Xosrov və Şirin” operası və “Çitra” baleti onun bəstəkarlıq fəaliyyətində xüsusi önəm daşıyır. Güclü emosional təsiri, zəngin melodiyası, harmonik dilinin əlvanlığı və ifadəliliyi ilə fərqlənən “Rast” simfonik muğamı müəllifin dirijorluğu altında bir çox xarici ölkələrdə səslənmiş, Çexiyada “Suprafon”, ABŞ-da “Rikordi” musiqi şirkətləri tərəfindən qrammofon valına yazılmışdır. “Xosrov və Şirin” operası musiqi dramaturgiyasının çoxplanlı olması, psixoloji gərginliyi, xor səhnələri və opera epizodlarının ifadəliliyi ilə fərqlənir. Məşhur hind yazıçısı Rabindranat Taqorun “Çitranqoda” fəlsəfi dramı əsasında yazılmış “Çitra” baletində isə hind xalq musiqisi ritmlərindən, hind musiqi alətlərinin səslərini xatırladan tembrlərdən istifadə edilmişdir.

Niyazi sənəti Dmitri Şostakoviç, Bülent Tarcan, Vatslav Dobiaş və digər sənətkarlar tərəfindən yüksək qiymətləndirilib. Onunla sıx yaradıcılıq münasibətlərində olan böyük rus bəstəkarı Dmitri Şostakoviç demişdir: “Cəsarətlə təsdiqləyə bilərik ki, Azərbaycan musiqisinin bütün dünyada tanıdılması üçün borclu olduğu musiqiçilərdən biri Niyazidir. Azərbaycan fəxr edə bilər ki, belə bir dirijoru var”.

Niyazi həssas, ömrü boyu sevməyi bacaran bir qəlbə malik insan idi. O, həyat yoldaşı Həcər xanımla 51 il birgə ömür sürmüş, onların ailə həyatı bir sevgi dastanına çevrilmişdir.

Onun əbədiyaşar sənət naminə çəkdiyi zəhmətlər layiqincə qiymətləndirilib. Maestro ən yüksək mükafatlara layiq görülüb. O, müxtəlif vaxtlarda Dövlət mükafatlarına, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı adlarına layiq görülmüş, bir çox orden və medallarla təltif olunub, Tbilisinin fəxri vətəndaşı seçilib.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hələ 1970-ci illərin əvvəllərindən başlayaraq hər ayın cümə günləri maestro Niyazi Dövlət Filarmoniyasında simfonik musiqi axşamları təşkil edib. 1994-cü ildə maestronun mənzil-muzeyinin açılışında iştirak edən ümummilli lider Heydər Əliyev 2002-ci il avqustun 19-da “Niyazinin 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev “Niyazinin 100 illik yubileyinin keçirilməsi haqqında” 2010-cu il 20 may tarixli Sərəncamı isə maestronun böyük sənətkarlığına olan ehtiramın ifadəsidir.

Bu gün Niyazinin adı dünya şöhrətli dirijorlarla, bəstəkarlarla yanaşı çəkilir. Onun yaradıcılığı əsl örnəkdir. Hələ neçə-neçə nəsillər Niyazi məktəbindən bəhrələnəcək. Hamının da ürəyindən bu fikir keçəcək: “Ruhun şad olsun, ustad!”

Gözəl Ağayeva

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb