İDMAN


Azərbaycan futbolçusu karyerasını Portuqaliyada davam etdirəcək

A+ A

Bakı, 25 iyul, AZƏRTAC 

Azərbaycanın gənclərdən ibarət yığma komandasının yarımmüdafiəçisi Budaq Nəsirov karyerasını Portuqaliyada davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, 20 yaşlı xavbek Portuqaliyanın “Sportinq” futbol klubuna keçib. Lissabon təmsilçisi onunla beşillik müqaviləyə imza atıb.

B.Nəsirov müqavilə ilə “Sumqayıt”a məxsus olsa da, son mövsümü “Kəpəz”də keçirmişdi.

“Sportinq” Portuqaliya çempionatının son mövsümündə yalnız lider “Benfika”dan geri qalaraq, ikinci olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.