İQTİSADİYYAT
Azərbaycan gəmiçiliyinin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
İstanbul, 10 may, АZƏRTAC
Ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Türkiyə nümayəndəliyində də mərasim keçirilib.
Əvvəlcə nümayəndəlik adından Ulu Öndərin İstanbulun Sarıyer rayonunda yerləşən heykəli önünə əklil qoyulub, gül dəstələri düzülüb.
Mərasim “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Türkiyə nümayəndəliyində davam etdirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub, Ulu Öndərin zəngin və mənali həyatını əks etdirən sənədli film nümayiş olunub.
Nümayəndəliyin rəhbəri Orxan Qurbanov ulu öndər Heydər Əliyevin tarixi xilaskarlıq missiyası, banisi olduğu inkişaf strategiyasının əhəmiyyəti, o cümlədən ölkəmizdə gəmiçiliyin inkişafına göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlardan bəhs edib.
Sonra iştirakçılar Heydər Əliyevin həyat və fəaliyyətinə, ölkəmizin müasir inkişaf göstəricilərinə dair kitablarla tanış olublar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul