CƏMİYYƏT


Azərbaycan gənclərinin Mərakeşə səfəri başa çatıb

A+ A

Bakı, 14 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) əməkdaşı Nigar İbrahimova ölkə gənclərindən ibarət nümayəndə heyətinin tərkibində Mərakeş Krallığında səfərdə olub.

Şuradan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan-Mərakeş gənclər mübadiləsi proqramı çərçivəsində təşkil edilən səfər iki ölkənin gənclər şəbəkələri arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi məqsədilə həyata keçirilib.

Azərbaycanlı gənclər Mərakeşin dövlət rəsmiləri ilə, habelə bu ölkənin Gənclər və İdman Nazirliyində görüşlər keçiriblər. Görüşlərdə ölkələrimiz arasında gənclər sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Səfər çərçivəsində gənclərimiz Mərakeşin tarixi-mədəni abidələri ilə tanış olublar.

Sonra nümayəndə heyətinin üzvləri bu ölkənin müxtəlif şəhərlərində gənclərlə görüşüb, mədəniyyət gecələrində iştirak ediblər. Keçirilən görüş və tədbirlərdə ölkəmizdə həyata keçirilən gənclər siyasəti, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.