CƏMİYYƏT


Azərbaycan gənclərinin Şamaxı rayonuna ekskursiyası təşkil edilib

Bakı, 4 iyul, AZƏRTAC

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) təhsildə fərqlənmiş bir qrup fəal gəncin Şamaxı rayonuna ekskursiyasını təşkil edib.

BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, ekskursiyanın təşkilində məqsəd gənclərin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi, onların asudə vaxtlarının səmərəli təşkil olunmasından ibarətdir.

Ekskursiyada iştirak edən gənclər yüksək əhvali-ruhiyyədə olduqlarını, bu cür tədbirlərin keçirilməsinin gənclər üçün maraqlı və yaddaqalan olduğunu vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.