ELM VƏ TƏHSİL
“Azərbaycan geologiya elminin korifeyləri” kitabı çapdan çıxıb
Bakı, 22 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutu (GGİ) tərəfindən “Azərbaycan geologiya elminin korifeyləri” kitabı (315 səhifə) nəşr olunub. Kitab “Nafta-Press” nəşriyyat evində çapdan çıxıb.
GGİ-dən AZƏRTAC-a bildiriblər ki, nəşrdə Azərbaycan geologiya elminin inkişafında mütərəqqi rol oynamış, geoloji elmi məktəb yaratmış, dünya geologiyasına elmi töhfələr vermiş geoloq alimlərin - AMEA-nın həqiqi üzvlərinin həyat və yaradıcılığı haqqında onların tələbələrinin və davamçılarının xatirələri əksini tapıb.
Kitabın baş redaktoru AMEA-nın prezidenti, akademik Akif Əlizadədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]