İDMAN


Azərbaycan gimnastı Marina Durunda lentlə yarışlarda finala yüksəlib [YENİLƏNİB] VİDEO

A+ A

Gürz və lentlə fərdi proqram üzrə yarışlar başa çatıb.

Lentlə yarışda Rusiya idmançıları ilk üç pillədə qərarlaşıblar. Marqarita Mamun 19.350 xalla birinci, Yana Kudryavtseva 19.300 xalla ikinci, Aleksandra Soldatova 19.000 xalla üçüncü olublar.

Azərbaycan gimnastı Marina Durunda 18.500 xalla beşinci olub və finala yüksəlib. Digər gimnastımız Jalə Piriyeva 17.350 xalla 14-cü pillədə qərarlaşıb və həlledici mərhələyə vəsiqə qazana bilməyib.

Gürzlərlə yarışlarda da rusiyalı gimnastların üstünlüyü hiss olunub. Yana Kudryavtseva (19.450 xal) birinci, Marqarita Mamun (19.400 xal) ikinci, Aleksandra Soldatova (18.900 xal) üçüncü olublar.

Azərbaycan gimnastları gürzlə yarışlarda finala vəsiqə qazana bilməyiblər. Belə ki, Marina Durunda 13-cü, Jalə Piriyeva isə 18-ci olub.

Çoxnövçülük üzrə yarışın qalibləri müəyyənləşib. Dörd hərəkətin cəmində medallar rusiyalı gimnastlara qismət olub. Hesabında 77.150 xal olan Marqarita Mamun qızıl medala sahib olub. Yana Kudryavtseva 77.050 xalla gümüş, Aleksandra Soldatova 75.850 xalla bürünc medal qazanıblar.

Çoxnövçülük üzrə yarışda Marina Durunda 10-cu, Jalə Piriyeva isə 14-cü pillədə qərarlaşıb.

14:25

Dünya Kuboku yarışının “A” qrupunda gimnastların gürz və lentlə fərdi çıxışlarına yekun vurulub.

Azərbaycan gimnastları Marina Durunda və Jalə Piriyeva çıxışlarını yerinə yetiriblər.

Yekun nəticə “B” qrupunda yer alan gimnastların çıxışından sonra açıqlanacaq.

 

12:22

Bakı, 23 iyul, AZƏRTAC

Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının iyulun 23-də ikinci gününə start verilib. İdmansevərlərimiz ilin əsas hadisəsi olan Rio Olimpiadasından iki həftə əvvəl dünyanın 17 ölkəsindən məşhur gimnastların çıxışlarını izləmək imkanı əldə ediblər.

AZƏRTAC xəbər verir ki, yarışın ikinci günündə gimnastlar gürzlər və lentlə fərdi proqram üzrə çıxış edirlər. Bu proqram üzrə yarışlarda Azərbaycanın idman şərəfini ilk Avropa Oyunlarının gümüş medalçısı, Avropa çempionatının bürünc mükafatçısı, “Rio-2016” Olimpiya Oyunlarının iştirakçısı Marina Durunda və Avropa çempionatının gənclər arasında gümüş və bürünc medalçısı Jalə Piriyeva qoruyurlar.

Daha sonra qrup hərəkətləri yarışında gimnastlar 3 gürz və 2 halqa ilə mübarizəyə qoşulacaqlar. Qrup hərəkətləri yarışlarında ölkəmizi Avropa çempionatının gümüş medalçıları Siyana Vasileva, Ayşən Bayramova, Aleksandra Platonova, Diana Doman və Elif Zeynep Celep təmsil edirlər.

Bu il dünya kubokunun 9 mərhələsi keçirilib. Bakı finalında öncəki mərhələlərdə göstərilmiş ən yaxşı dörd nəticəyə əsasən, birinci yeri tutan gimnastlar və qruplar mükafatlandıracaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.