İDMAN


Azərbaycan gimnastı Marina Durunda topla yarışlarda finala yüksəlib [YENİLƏNİB] VİDEO

A+ A

Yarışda halqa və topla təsnifat yarışları başa çatıb. İlk səkkiz pillədə qərarlaşan gimnastlar finala yüksəliblər.

Topla yarışda rusiyalı Marqarita Mamun 19.050 xalla birinci olub. Onun komanda yoldaşları Aleksandra Soldatova (19.000 xal) ikinci, Yana Kudryavtseva (18.900 xal) üçüncü yerin sahibdir.

Azərbaycan gimnastı Marina Durunda 18.450 xalla beşinci olub və finala yüksəlib. Digər gimnastımız Jalə Piriyeva 17.200 xalla on üçüncü pillədə qərarlaşıb və finala vəsiqə qazana bilməyib.

Halqa ilə yarışların təsnifat mərhələsində də rusiyalı gimnastlar ilk üçlükdə yer alıblar. Yana Kudryatseva (19.400 xal) birinci, Marqarita Mamun (19.350 xal) ikinci, Aleksandra Soldatova (18.950 xal) üçüncü olublar.

Bu alət üzrə yarışda Jalə Piriyeva 17.550 xalla ehtiyat oyunçu kimi finala yüksəlib. Marina Durunda isə 16.550 xalla iyirmi birinci pillədə qərarlaşıb.

İki hərəkətin cəminə görə, çoxnövçülük yarışlarında Rusiya təmsilçiləri liderdirlər. Hesabında 38.400 xal olan Marqarita Mamun birincidir. Yana Kudryatseva 38.300 xalla ikinci, Aleksandra Soldatova isə 37.950 xalla üçüncüdür. Marina Durunda 35.000 xalla onuncu, Jalə Piriyeva 34.750 xalla on ikinci yerdədir.

x x x

14:18

Mötəbər yarışın “A” qrupunda çoxnövçülük üzrə təsnifatda halqa və topla hərəkətlərdə yarışlar başa çatıb.

Turnirdə ölkəmizi təmsil edən Marina Durunda və Jalə Piriyeva iki hərəkət üzrə çıxışlarını başa vurublar. Hazırda ümumi sıralamada M.Durunda altıncı, J.Piriyeva isə yeddinci pillədə qərarlaşıblar.

Yekun nəticə bir az sonra keçiriləcək “B” qrupunda yarışdan sonra bəlli olacaq.

x x x

11:45

Bakı, 22 iyul, AZƏRTAC

İyulun 22-də Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə Dünya Kubokunun finalı start götürür. İdmansevərlərimiz ilin əsas hadisəsi olan Rio Olimpiadasından iki həftə əvvəl dünyanın 17 ölkəsindən məşhur gimnastların çıxışlarını izləmək imkanı əldə edirlər.

AZƏRTAC xəbər verir ki, üç gün davam edəcək Dünya Kubokunun finalında Azərbaycanın idman şərəfini ilk Avropa Oyunlarının gümüş medalçısı, Avropa çempionatının bürünc mükafatçısı, “Rio-2016” Olimpiya Oyunlarının iştirakçısı Marina Durunda və Avropa çempionatının gənclər arasında gümüş və bürünc medalçısı Jalə Piriyeva qoruyacaqlar. Qrup hərəkətləri yarışlarında isə - Avropa çempionatının gümüş medalçıları Siyana Vasileva, Ayşən Bayramova, Aleksandra Platonova, Diana Doman və Elif Zeynep Celep mübarizə aparacaqlar.

Yarışların ilk iki günündə 26 gimnast və 9 qrup hərəkətləri komandası çoxnövçülük üzrə medallar uğrunda mübarizə aparacaq. Kubokun sonuncu günündə isə ayrı-ayrı alətlər üzrə final mərhələləri təşkil olunacaq.

Bu il Dünya Kubokunun 9 mərhələsi olub. Bakı finalında öncəki mərhələlərdə göstərilmiş ən yaxşı dörd nəticəyə əsasən, birinci yeri tutan gimnastlar və qruplar mükafatlandıracaqlar.

Bu dəfə də bədii gimnastika həvəskarlarını quruluşu milli yığma komandanın baş məşqçisi Mariana Vasilevaya məxsus möhtəşəm açılış mərasimi, həmçinin məşhur idmançılarla yanaşı, gənc gimnastların çıxışlarının da nümayiş olunacağı ənənəvi qala-konsert gözləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.