İDMAN


Azərbaycan gimnastları dünya kuboku yarışlarında iştirak ediblər

A+ A

Bakı, 11 iyul, AZƏRTAC 

Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə dünya kuboku yarışları keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a verilən xəbərə görə, ölkəmizi yarışda Marina Durunda və Jalə Piriyeva təmsil ediblər.

Otuz altı gimnast arasında keçirilən çoxnövçülük yarışlarında M.Durunda 7-ci, J.Piriyeva isə 19-cu yerdə qərarlaşıb.

Ayrı-ayrı alətlər üzrə finallarda çıxış edən M.Durunda lentlə 6-cı, gürzlərlə 7-ci, halqa və topla hərəkətlərdə 8-ci yerləri tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.