İDMAN


Azərbaycan gimnastlarının “Bakı-2017”də ikinci qızıl medalı

Qadın idman gimnastlarımız komanda hesabında “Bakı-2017”nin çempionu olublar

Bakı, 14 may, AZƏRTAC

Azərbaycanın qadın idman gimnastları komanda hesabında IV İslam Həmrəyliyi Oyunlarının çempionu olublar. Qızıl medalı Azərbaycana Yuliya İnşina, Yekaterina Tişkova, Marina Nekrasova qazandırıblar.

AZƏRTAC xəbər verir ki, Azərbaycan millisi 99.300 xal toplayıb. Türkiyə millisi 96.050 xalla ikinci, İndoneziya isə 68.150 xalla üçüncü olublar.

Qaliblərin mükafatlandırılması mərasimində medalları idmançılara Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov təqdim edib.

Çempion gimnastlarımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və dövlət bayrağı qaldırılıb.

Xatırladaq ki, ötən gün bədii gimnastika yarışında da Azərbaycan gimnastları qızıl medallara sahib olublar. Gimnastlarımızın ilk qızıl medalını Azərbaycana Marina Durunda, Zöhrə Ağamirova və Jalə Piriyeva qazandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.