İDMAN
Azərbaycan güləşçiləri İranda keçirilən beynəlxalq turnirin ilk günündə beş medal qazanıblar
Bakı, 30 yanvar, AZƏRTAC
İranın Məşhəd şəhərində yeniyetmələr arasında “Yadigar İmam Kuboku” Beynəlxalq turniri keçirilir.
Turnirdə sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarımız iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, turnirin ilk günündə güləşçilərimiz 2 gümüş və 3 bürünc medal qazanıblar.
Gümüş medalları yığmamıza sərbəst güləşçilərdən Şahin Muxtarov (42 kq) və Əliabbas Rzazadə (50 kq) qazandırıblar. Digər sərbəst güləşçilərimiz Fazil Həsənov (58 kq) və Orxan Abbasov (63 kq) turnirin bürünc mükafatına sahib olublar.
Digər bürünc medala isə yunan-Roma güləşi üzrə yarışlarda Ceyhun Nəsirov (63 kq) sahib olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2024 [13:22]
“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir
- 18.04.2024 [13:18]
AFFA beş klubu cəzalandırıb
- 18.04.2024 [12:37]
UEFA Avropa Liqası: Yarımfinala vəsiqə qazanacaq komandalar bəlli olur
- 18.04.2024 [11:59]
Konfrans Liqası: “Fənərbağça” “Olimpiakos”la cavab görüşünə çıxacaq
- 18.04.2024 [11:54]
"Xəzri"nin kapitanı: Finalda "Sərhədçi" ilə qarşılaşmaq daha yaxşı olardı
- 18.04.2024 [11:51]
Azərbaycan millisi İnkişaf turnirində iştirak edəcək
- 18.04.2024 [11:48]
Azərbaycan millisinin kapitanı növbəti dəfə Macarıstan çempionu olub
- 18.04.2024 [11:03]