İDMAN
Azərbaycan güləşçiləri Moskvada altı medal qazanmışlar VİDEO
Bakı, 20 fevral (AZƏRTAC). Moskvada Olimpiya çempionu B.Gureviçin xatirəsinə həsr olunmuş Beynəlxalq güləş turniri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, turnirdə iştirak edən yeniyetmələrdən ibarət yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının üzvləri 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanmışlar.
Yığma komandamızın böyük məşqçisi Nurəddin Rəcəbov və məşqçi İslam Cəfərovun rəhbərliyi altında Moskvada 10 güləşçimiz yarışmışdır.
Qızıl medalları yığmamıza Nofəl Babayev (42 kq) və Soslan Fanziyev (85 kq) qazandırmışlar. Ən ağır çəkililərin yarışında Cavid Feyziyev (100 kq) yalnız final görüşündə məğlub olmuş və gümüş medalla kifayətlənmişdir.
Bürünc medalları isə Pərvin Abdullayev (46 kq), Bəxtiyar Muradov (54 kq) və Nicat Abdullayev (76 kq) qazanmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]