İDMAN


Azərbaycan güləşçilərinin İslamiadada ilk qızıl medalını Orxan Nuriyev qazanıb

Bakı, 17 may, AZƏRTAC

Azərbaycan millisi “Bakı-2017”nin güləş yarışlarında ilk qızıl medalını qazanıb.

AZƏRTAC xəbər verir ki, turnirdə 98 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz Orxan Nuriyev qızıl medal uğrunda görüşdə qırğızıstanlı Uzur Juzupbekov ilə qarşılaşıb.

Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Orxan Nuriyev rəqibini 5:0 hesabı ilə məğlub edərək “Bakı-2017”nin çempionu olub.

Azərbaycan çempionatı və kuboku yarışlarında mükafatçılar sırasında yer alan güləşçimiz cari ildə Macarıstanda təşkil olunan U-23 Avropa birinciliyinin qalibi olub. O, həmçinin İranda keçirilən dünya kuboku yarışlarında çempion adını qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.