İDMAN


Azərbaycan güləşçisi Ryazanda qızıl medal qazanıb

Bakı, 4 fevral, AZƏRTAC 

Rusiyanın Ryazan şəhərində Sovet İttifaqı qəhrəmanı İ.Zaytsevin xatirəsinə həsr olunmuş 44-cü ənənəvi turnirə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turnirdə 21 komandanın tərkibində 168 idmançı gücünü sınayıb.

“Neftçi İdman Klubu”nun yığmamızın heyətində yer almış yunan-Roma güləşçisi Kamran Mirzəliyev (60 kq) böyük əzmkarlıq nümayiş etdirərək turnirin qalibi adını qazanıb.

Gənc pəhləvanımız yarımfinalda Rusiyadan olan erməni əsilli idmançı Vladislav Beqyanı məğlub edərək finala vəsiqəni təmin edib. Həlledici görüşdə rusiyalı Andrey İvanov üzərində inamlı qələbə qazanan K.Mirzəliyev turnirin qızıl medalına sahib olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.