İDMAN


Azərbaycan güləşçisi Şərif Şərifov “Bakı-2017”ni bürünc medalla başa çatdırıb

Bakı, 20 may, H.Mahmudova, S.Allahverdiyeva, AZƏRTAC

Mayın 20-də İslamiadanın sərbəst güləş yarışlarında 86 kiloqram çəki dərəcəsində mübarizə aparan dünya və Olimpiya çempionu, Rio Olimpiadasının bürünc mükafatçısı Şərif Şərifov Azərbaycan millisinin aktivinə 28-ci bürünc medalı əlavə edib.

AZƏRTAC xəbər verir ki, idmançımız bürünc medal uğrunda görüşdə Tacikistan güləşçisi Baxodur Kodirov ilə qarşılaşıb. Görüş vaxtından əvvəl 11:0 hesabı ilə Ş.Şərifovun xeyrinə başa çatıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri idmançımızın qarşılaşmasına baxıblar.

Bu çəki dərəcəsində qızıl medala İran idmançısı Həssən Yazdaniçərati, gümüş medala isə türkiyəli Selim Yaşar sahib olublar. Digər bürünc medalı isə Qazaxıstan təmsilçisi Adilet Davlumbayev aktivinə yazdırıb.

Medalları idmançılara Azərbaycan Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr idarəsinin rəisi, IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin katibi Könül Nurullayeva təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.